Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır
Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır", - daxili işlər naziri Krista Mikkonen bildirib.
Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi haqqında” qanuna dəyişiklikləri həyata keçirməyə imkan verəcək.
Bildirilir ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra miqrantların qəbulu mərkəzləşdirilmiş qaydada, xüsusi ayrılmış sərhəd-keçid məntəqələrində həyata keçiriləcək.
Oxşar xəbərlər
Ukraynadan Polşaya keçmək istəyən azərbaycanlılara XƏBƏRDARLIQ
Azərbaycanın Polşadakı səfirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Polşaya keçmək istəyən vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir: “Hörmətli həmvətənlər...