Moskvada miqrantların qeydiyyat qaydaları dəyişə bilər
Moskva prokuroru Denis Popov hesab edir ki, şəhərdə miqrantların genetik qeydiyyatı tətbiq edilməlidir.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, onun sözlərinə görə, deportasiya edilən əcnəbilərin çoxu vətənlərində sənədlərini dəyişərək Rusiyaya qayıdırlar. Təkcə ötən il 800 belə hal müəyyən edilib.
Bu səbəbdən də, paytaxt prokuroru miqrantların genetik qeydiyyatının lehinə çıxış edib. Onun sözlərinə görə, yalnız genetik qeydiyyat vəziyyəti dəyişə bilər.
Popov hesab edir ki, genetik qeydiyyat digər məsələlərlə yanaşı, cinayətlərin, o cümlədən bir neçə il əvvəl törədilmiş cinayətlərin açılmasına da kömək edəcək.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...