Fin ordusunun komandanı: “Ukrayna Rusiya üçün çətin hədəf oldu və Finlandiya ilə də eyni olacaq”
“Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır və bu baş verərsə, müqavimət göstərmək gücündədir”.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bBu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinen müsahibəsində bildirib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Finlandiya məhz indi Ukraynada baş verən “atəş gücündən, zirehli texnikadan və aviasiyadan kütləvi istifadə etməklə” aparılan müharibə aparmaq üçün hərbi sahəni sistemli şəkildə inkişaf etdirir.
“Ukrayna (Rusiya üçün) çətin hədəf oldu, Finlandiya ilə də eyni olacaq”, - deyə Finlandiya Müdafiə Qüvvələrinin komandanı bildirib.
O əlavə edib ki, Finlandiya qoşunlarının Ukrayna qoşunları kimi mühüm amili var - döyüş motivasiyası onlara üstünlük verir.
Oxşar xəbərlər
Almaniya generalı: “Pilotsuz uçuş sistemləri İkinci Qarabağ müharibəsində çox səmərəli oldu”
“Pilotsuz uçuş sistemləri Qafqazda (İkinci Qarabağ müharibəsində - red.) müharibə zamanı Azərbaycan tərəfindən döyüşlərdə istifadə edildikdə çox təsirli və səmə...