Fidan: Türkiyə Yaxın Şərqdə sülhə nail olmaq üçün bütün səylərini göstərəcək
Türkiyə Yaxın Şərqdə sülhə nail olmaq üçün bütün səylərini göstərəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Qəzza ilə bağlı İstanbulda keçirilən görüşdən sonra bildirib.
O, tərəflərin yaxın günlərdə yaradılması planlaşdırılan Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrinin məqsədləri və tərkibini müzakirə etdiklərini vurğulayıb. Fidan həmçinin sabitləşdirmə prosesinin atəşkəs sazişini imzalayan ölkələrin vasitəçiliyi və Fələstin tərəfinin razılığı ilə aparılmalı olduğunu qeyd edib.
"Danışıqlarda iştirak edən ölkələrin nümayəndələri beynəlxalq sabitləşdirmə qüvvələrinin məqsədlərinə və səlahiyyətlərinə əsaslanaraq qərar verəcəklərini bildiriblər. Bizə gəldikdə isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəs sazişini imzalayan dörd liderdən biridir və Ankara regionda sülhə nail olmaq üçün bütün səylərini göstərməyə hazırdır. Diplomatik əlaqələrimiz və bu istiqamətdə səylərimiz davam edir", - Fidan əlavə edib.
Qeyd edək ki, görüşdə BƏƏ, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanın ilk xarici işlər naziri: "Moskvanın marağı onda idi ki, Qarabağla bağlı məlumatlar kənara çıxmasın"
"1988-ci ildə dünya ictimaiyyətini Qarabağla bağlı məlumatlandırmaq üçün Xarici İşlər Nazirliyində informasiya şöbəsini yaratdıq. Çünki informasiyaya aid nə va...