Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib

Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib
Siyasət 26

Fələstin Administrasiyası İsrail və HƏMAS arasında danışıqlarda iştirak etmək niyyətində deyil.

BAKU.WS xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Fələstin lideri Mahmud Abbasın beynəlxalq əlaqələr üzrə müşaviri və xüsusi nümayəndəsi nazir Riyad əl-Maliki deyib.

Onun sözlərinə görə, Fələstin münaqişə tərəflərindən biri deyil. Həmas və İsrail arasında atəşkəs vəziyyətində dövlət nümayəndələri də iştirak etməyəcək.

Abbasın xüsusi nümayəndəsi əlavə edib ki, münaqişənin həllindən sonra həyatın necə qurulacağı müzakirə olunarsa, Fələstin hökuməti danışıqların əsas iştirakçısına çevriləcək. Xüsusilə Rəfah keçid məntəqəsini kimin idarə edəcəyi, eləcə də Qəzzanın yenidən qurulması müzakirə edilir.

Son xəbərlər