“Fact Chek Karabakh” daha iki saxta xəbəri ifşa etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanlarını üzə çıxarıb.
Belə ki, xəbərlərdən biri milli və etnik ayrı-seçkilik, separatçılığı təbliğ edir. Erməni xüsusi xidmət orqanlarının nəzarətində olan resurs guya talış xalqının Qarabağ müharibəsi ilə bağlı etirazlarını əks etdirib və bu zaman vətən xainlərinə istinad edib.
Digər xəbərdə isə iddia olunur ki, guya Rusiyanın “RİA Novosti” xəbər agentliyində məlumat verilib ki, Suriyadan Qarabağdakı müharibə zonasına yollanan 93 türk əsgəri öldürülüb.
Nəzərinizə çatdırırıq ki, hər iki xəbər tamamilə əsassızdır, dezinformasiya xarakterlidir, çaşqınlıq və qarışıqlıq yaratmaq üçün hazırlanıb və heç bir qaynağa söykənmir.
Oxşar xəbərlər
“Fact Chek Karabakh” ermənilərin bayraq yalanını üzə çıxardı - FOTO
“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb. Belə ki, erməni mənbələri separatçı qurumun quldur dəstələri tərəfindən yeni mövqenin ələ keç...
