“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb
13
noy
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Facebook” şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır.BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, “Facebook Pay” adlandırılmış sistem “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da ödənişlər etməyə imkan verəcək.Şirkətin rəsmiləri bildiriblər ki, istifadəçilər artıq mobil tətbiqlər vasitəsilə ödəmə əməliyyatları həyata keçirirlər, ancaq “Facebook Pay” xidməti bu tranzaksiyaları daha da asanlaşdıracaq. Məsələn, ödəmə informasiyasını hər dəfə yenidən daxil etməmək üçün onu yadda saxlamaq imkanı əlçatan olacaq.Bu həftə “Facebook” və “Instagram” sosial şəbəkələrində istifadəyə veriləcək sözügedən sistem yalnız ABŞ sakinləri üçün əlçatan olacaq. Ancaq gələcəkdə digər ölkələrin istifadəçiləri də bu sistemdən yararlana biləcəklər.
Oxşar xəbərlər
“Facebook” və “Instagram”ın işində qüsurlar yarandı
Bəzi Avropa ölkələrində “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində qüsurlar yaranıb.BAKU.WS-in məlumatına görə, Böyük Britaniya, Fransa, Almaniya, İs...