Facebook, WhatsApp və İnstaqram “Huawei”də işləməyəcək - Növbəti zərbə

07
iyn
2019
16:58
ABŞ-ın hökumətinin Çinin “Huawei” telekommunikasiya şirkətinə tətbiq etdiyi sanksiyaya “Facebook” şirkəti də qoşulub.BAKU.WS “Reuters”ə istinadən xəbər verir ki, “Google” şirkəti “Huawei”yə verdiyi “Android” əməliyyat sistemi dayanadıracağını açıqladıqdan sonra, “Facebook” şirkəti də “Facebook”, “WhatsApp” və “Instagram” tətbiqlərinin “Huawei” smartfonlarında işləməyəcəyini elan edib.Bu qərar hazırda istehsal olunmuş məhsullara deyil, bundan sonra istehsal olunacaq smartfonlara şamil olunacaq. Hazırda “Huawei” telefonlarında yüklənilmiş “Facebook”, “WhatsApp” və “Instagram” yenə də problemsiz şəkildə işləməyə davam edəcək.Qeyd edək ki, “Intel”, “Broadcom”, “Qualcomm”, “Infineon Technologies” və “Xilinx” kimi şirkətlər də “Huawei” ilə əməkdaşlığı dayandırıblar.Fərid ƏDALƏT
Oxşar xəbərlər
“Super güc”lər ABŞ-a qarşı “Huawei”i dəstəklədi - Sanksiyalara qoşulmayacaqlar
ABŞ Çinlə ticarət müharibəsində bu vaxta qədərki ən radikal addımını ötən həftə ataraq “Huawei” telekommunikasiya şirkətini “qara siyahı”ya aldı. ABŞ Çin şirkət...
