"Facebook" ruslarla bağlı geri addım atdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Meta” şirkəti ona aid “Facebook” və “Instagram” sosial şəbəkələrində dövlət başçılarının öldürülməsinə çağırışların peyda olmasına icazə verməyəcək.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Nik Kleqq bildirib.
N.Kleqqin sözlərinə görə, şirkət bunun “ümumilikdə ruslara” qarşı zorakılığa haqq qazandıran mövqe kimi yozulmaması üçün öz mövqeyini aydınlaşdırıb.
“Biz öz platformalarımızda dövlət başçılarının ölümünə çağırışlara icazə vermirik”, - deyə o qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl şirkətin mətbuat katibi Endi Stoun açıqlamasında “Meta Platforms”un Ukraynadakı hadisələr fonunda “Facebook” və “Instagram” sosial şəbəkələrində rusiyalı hərbçilərə qarşı zorakılıq çağırışlarına qadağanı müvəqqəti olaraq aradan qaldırdığını bildirmişdi. Sözügedən məsələ Rusiya tərəfinin kəskin narazılığı ilə müşayiət olunmuşdu.
Oxşar xəbərlər
Rusiyada "Instagram"a giriş məhdudlaşdırıldı
Rusiyada "Instagram"a girişə məhdudiyyət qoyulub. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rusiya Rusiya Federal İnformasiya Texnologiyaları və K...