Əziz Əlibəyli:"Onlar Azərbaycanı çətin vəziyyətə salmağa çalışsalar da, alınmadı!"
"Avropa İttifaqının Ermənistandakı missiyası Fransanın Ermənistandakı missiyası idi. Mandatı olmayan ATƏT-in Minsk qrupunun balaca modeli idi".
Bu barədə tanınmış politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, onlar çox çalışsalar da, öz çirkin və məkrli niyyətlərini həyata keçirə bilmədilər.
"Çox çalışırdılar ki, Azərbaycan əleyhinə qətnamə formalaşdırılsın. Azərbaycana sanksiyalar qoyulsun. Ermənistana hərbi dəstək verməyə çalışırdılar. Bir sözlə burada Azərbaycanı qeyri-leqal vəziyyətə salsınlar. İndi Ermənistan Azərbaycan xəttində yaşananlar və Xarici işlər naziri paraflanma mətninin məzmununu da açıqladı. Bir daha göstərdi ki, orada Ermənistan tərəfindən ciddi öhdəliklər götürülüb".
Oxşar xəbərlər
Labüdlük strategiyası: Bakı İrəvan və dünyaya yeni reallığı necə qəbul etdirdi
2020-ci ilin noyabrında Vətən müharibəsinin aktiv fazasının bitməsi Azərbaycanı bir çox cəhətdən hərbi qarşıdurmadan da çətin olan vəzifə ilə üz-üzə qoydu. Ordu...