Əvvəlcə rəqs etdi, sonra oğurluğa başladı - FOTO/VİDEO

Əvvəlcə rəqs etdi, sonra oğurluğa başladı - FOTO/VİDEO
Foto Video
Siyasət 218

Türkiyənin İsparta vilayətində bir inşaata gələn 2 şübhəli təxminən yarım ton dəmir oğurlayıb.

BAKU.WS "Haberler"ə istinadən xəbər verir ki, oğurluq zamanı şübhəlilərdən birinin rəqs etdiyi anlar təhlükəsizlik kamerasına əks olunub.

Məlumata görə, hadisə Hızırbəy Məhəlləsi 1572 küçəsində yerləşən tikintidə baş verib.

İnşaata gələn şirkət sahibi 10 min lirə dəyərində dəmirin oğurlandığını görüb və polisə xəbər verib.

İstintaq zamanı müəyyən edilib ki, 2 şübhəli səhər saatlarında elektrikli velosiped ilə tikinti sahəsinə gəlib, yarım tona yaxın dəmiri oğurlayaraq hadisə yerini tərk edib.

Təhlükəsizlik kamerasına görüntülərdə şübhəlilərdən birinin əvvəlcə rəqs etdiyi, sonra isə dəmir barmaqlıqları götürərək bir-bir digər şübhəliyə verdiyi əks olunub.

Görüntüləri təqdim edirik:

Son xəbərlər