"Euronews": Özbəkistan və Azərbaycan ticarət və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək

Euronews: Özbəkistan və Azərbaycan ticarət və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək
Siyasət 10

Özbəkistan və Azərbaycan iqtisadi-ticari, investisiya və nəqliyyat əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin energetika və turizm sahələrində qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Euronews"un məqaləsində deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan liderinin dövlət səfəri çərçivəsində Daşkənddə danışıqlar aparıblar. Liderlər ikitərəfli əlaqələrin gələcək inkişafını müzakirə ediblər və uzunmüddətli əməkdaşlığın əlaqələndirilməsi üçün 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçiriblər.

Dövlət başçıları Əbədi dostluq haqqında Müqavilə imzalayıblar. Sənəd İ.Əliyevin Özbəkistana ikigünlük dövlət səfərinin əsas nəticələrindən biri olub.

Danışıqlardan sonra jurnalistlər qarşısında çıxış edən Ş.Mirziyoyev Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət adlandırıb.

Xəbər yenilənir

Son xəbərlər