Ermənistanda Azərbaycan konfetləri satılır

Ermənistanda Azərbaycan konfetləri satılır
Siyasət 2464

Ermənistanın Vanadzor şəhərinin mərkəzi bazarında Azərbaycandan gətirilən konfetlər satılır.

BAKU.WS-in oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə KİV-lərə Lorinin yerli telekanalının redaktoru Narinə Avetisyan məlumat verib.

Qadın qohumlarıgildə qonaqlıqda olanda ona Azərbaycan konfetləri təklif ediblər. Avetisyan şirniyyatın haradan alındığını öyrənərək, mərkəzi bazara yollanıb.

Bazarda redaktora, həqiqətən də, Azərbaycan konfetlərinin satışda olduğunu, lakin indi bitdiyini deyiblər.

Xatırladaq ki, cari ilin aprel ayında Yerevan mağazalarının birində "Product of Azerbaijan” markalı məhsullar aşkarlanmışdı. İki gündən sonra isə qida məhsullarının Dövlət Təhlükəsizlik Xidməti yoxlama apararaq, Ermənistan bazarlarında Azərbaycan almalarının satılması faktını təsdiqləmişdi.

 

BAKU.WS

Son xəbərlər