Erməni qadın azərbaycanlıları təriflədi, Serj Sarkisyanı biabır etdi (VİDEO)

Erməni qadın azərbaycanlıları təriflədi, Serj Sarkisyanı biabır etdi (VİDEO)
Video
Siyasət 16604

Azərbaycandan köçərək Ermənistanda məskunlaşan Stella Arutunyan Serj Sarkisyan rejiminin iç üzünü açıb.

BAKU.WS-in məlumatına görə, Stella Arutunyan xaricə getmək istəsə də buna icazə verilmədiyini deyir. O, bildirib ki, Ermənistanda Azərbaycan qaçqınlarının xaricə ölkəyə getməsi qeyri-rəsmi şəkildə qadağan olunub. Qadın 5 müxtəlif ölkə səfirliyinə müraciət etdiyini və həmin səfirlikdən ona belə bir qeyri-rəsmi qadağanan olduğunu deyiblər. Stella Arutunyan Sarkisyanın Azərbaycandan köçən erməniləri Ermənistanda saxlamaqla xarici təşkilatlardan onlara görə külli miqdarda pul aldığını bildirib.

Erməni qadın bundan başqa Ermənistanın hazırki cinayətkar rejimini pisləyərək azərbaycanlıları da tərifləyib. "Əgər siz bir problemin olduğunuz barədə azərbaycanlıya yaxınlaşıb bildirsəniz o, sizin problemi həll etməyə çalışacaq. Erməni isə probleminizdən istifadə edib sizi tapdalamaq üçün fürsət gözləyəcək", - deyə Stella Arutunyan bildirib.

Erməni qadın aprel döyüşlərindən də danışaraq Qarabağdakı separatçıların öz şəxsi mənafelərinə görə erməni gənclərini lazımsız yerə ölümə göndərdiklərini deyib. 

Azad Əliyev 

BAKU.WS 

Son xəbərlər