Erməni generallardan Qarabağ planı: "Təcili əks hücuma başlayırıq"
23
may
2016
09:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri Jirayr Sefilyan və Şuşanın işğalı əməliyyatına rəhbərlik edən Arkadi Ter-Tadevosyan görüşüb. BAKU.WS-in məlumatına görə, görüş zamanı Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib. İki liderin görüşündə ermənilərin aprel döyüşləridnə itirdikləri ərazilərdən söhbət açılıb. Görüşdə həmin ərazilərin qaytarılması üzrə proqram hazırlandığı bildirilib. Xatırladaq ki, Komandos və Jirayr Sefilyan, həmçinin digər erməni siyasətçilər Azərbaycanın işğaldan azad etdiyi əraziləri yenidən geri almaq üçün əks-hücuma hazırlaşmağın vacibliyini vurğulayıblar. Jirayr Sefilyan Dağlıq Qarabağın "ərazi bütövlüyü"nün bərpası üzrə hərbi məsuliyyəti öz üzərinə götürdüyü ilə bağlı bəyanat yayıb. BAKU.WS
Oxşar xəbərlər
Erməni jurnalistdən ŞOK AÇIQLAMA: Erməni əsgərlər onlarla postu qoyub qaçıb
Erməni jurnalist Tatul Akobyan şok açıqlama ilə yadda qalıb. O, ermənilərdən aprel döyüşlərində itkilərini real şəkildə etiraf edən şəxslərdən biri kimi yadda q...