Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
21
avq
2024
18:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, buna səbəb Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.
Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi ki, Ermənistan kimsəyə lazım deyil. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.
Oxşar xəbərlər
Pomidorun bilinməyən zərərləri, kişilərdə sonsuzluq yaradır - FOTO
Bəzən səhər yeməyində də yediyimiz pomidorun bir çox zərərləri açıqlanıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, pomidor ən sağlam qidalar arasında gəl...