Ermənistanın müharibədə həlak olan daha 96 hərbçisinin adları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin növbəti siyahısını açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, siyahıda 96 hərbçinin adları yer alıb.
Qeyd edək ki, müharibənin sona çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi hələ də ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin sayını gizlədir. Yalnız Səhiyyə Nazirliyi 3 600-yə yaxın meyitin ekspertizadan keçirildiyini açıqlayıb. Yerli hərbi ekspertlər bunun Paşinyan hakimiyyətinin müharibənin uğursuzluqlarını ört-basdır etməsi ilə əlaqələndirir, müharibədə ölən hərbçilərin sayının 5 000-dən çox olduğunu bildirirlər.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...