Ermənistanda yollar, körpülər, evlər, elektrik xətləri və qaz kəmərləri su altında qalıb - VİDEO

Ermənistanda yollar, körpülər, evlər, elektrik xətləri və qaz kəmərləri su altında qalıb - VİDEO
Video
Siyasət 134

"Debed çayının daşması nəticəsində dəyən zərər hələ qiymətləndirilməyib, amma çox böyükdür".

Bu sözləri "news.am"-a Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

"Zərərin miqyasını hələ qiymətləndirmək mümkün deyil, amma o çox böyükdür. Çünki dövlətlərarası yolda, körpülərdə, icma yollarında, elektrik xətlərində, qaz kəmərlərində, su təchizatı stansiyalarında, içməli su xətlərində böyük dağıntılar var. Eləcə də insanların mülkiyyəti, şəxsi əmlak, çoxmənzilli binaların həyətləri, avtomobillər, mağazalar zərər görüb.

Təəssüf ki, dağıntılar bununla bitmir. Alaverdi şəhərindən çay Ayruma, Bağrataşenə doğru axır və orada da böyük dağıntılar var," - deyə o qeyd edib.

Sanosyanın sözlərinə görə, körpülər suyun altında qaldığı üçün onları görmək mümkün deyil.

"Şübhələr var ki, onlar suyun altına düşüb və ya çökmüşdür. Hazırda qiymətləndirmək çox çətindir," - deyə nazir bildirib.

Son xəbərlər