Ermənistanda son günlər itkilərin sayının açıqlanmamasının səbəbi nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan müdafiə nazirliyi son 4 gündə döyüşdə ölən hərbçilərinin sayı barədə rəsmi açıqlama vermir.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə “Qraparak” qəzeti araşdırma aparıb.
Qəzetin yazdığına görə, 4 günlük sükutdan sonra Ermənistanın müdafiə nazirliyi son 4 gündə döyüşdə 11 hərbçisinin öldüyü barədə məlumat yayıb. Qəzet göstərilən saya şübhə ilə yanaşaraq nazirliyə belə bir sualla müraciət edib: “Son 4 gündə döyüşdə erməni tərəfi itki vermədimi? Ölənlərin sayı niyə açıqlanmır?”
Ermənistan müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki, meyitlərin tanınması prosesi getdiyi üçün ölənlərin sayı açıqlanmır.
Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sentyabrın 27-dən sonra başlayan döyüşlərdə Ermənistan tərəfi 6 mindən çox itki verib. Oktyabrın 30-da rəsmi mənbələr isə bu rəqəmin 1 119 olduğunu açıqlamışdı.
Oxşar xəbərlər
5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - FOTO
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlar bu ölkəyə baha başa gəlib. Əvvəlcə ərazi və canlı qüvvə itkilərini giz...