Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələyib
20
iyl
2024
12:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs tərəfindən polis bölməsində avtomat silahından atəş açılıb, nəticədə iki polis əməkdaşı yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.
Qeyd olunub ki, hadisəni törədən şəxs İraq vətəndaşı olub. O, daxil olan siqnal əsasında bölməyə gətirilib.
İraq vətəndaşı burada polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Donald Trampa 3 növ silahdan atəş açılıb
Keçmiş ABŞ prezidenti Donald Trampa 3 növ silahdan atəş açılıb. BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bununla yanaşı FBI (Federal Təhqiqatlar Bür...