Ermənistanda Paşinyana qarşı sui-qəsdin qarşısı alınıb
14
noy
2020
22:44
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdi olub.
BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, sui-qəsd cəhdinin qarşısı alınıb.
Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib. O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Lakin A.Vanetsyanın rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.
Oxşar xəbərlər
Ermənistanda müxalifət lideri həbs olunub
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib. BAKU.WS report-a istinadən xəbər verir...