Ermənistanda nazir saxlanıldı

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanı saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dünən fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dindirmələrin cinayət işi çərçivəsində həyata keçirildiyi bildirilirdi.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib.
“ArmLur.am” portalı isə nazirə qarşı ittihamların irəli sürüləcəyi anonsunu verib.
Oxşar xəbərlər
Paşinyan hakimiyyəti Qərb mediasının hədəfində
Janna Kavelye deyir ki, Paşinyan jurnalistləri “qatil”, erməni media məkanını isə “zibilxana” adlandırıb. Amma özü qəzetin baş redaktoru olub. Bu cür düşmənçili...
