Ermənistanda məktəblər və bağçalar bağlanıb

Ermənistanda məktəblər və bağçalar bağlanıb
Siyasət 1406

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkədə koronavirus infeksiyası hallarının sayının artması səbəbindən oktyabrın 15-dən 29-dək iki həftəlik payız tətili elan etmək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" məlumat yayıb.

Dərslərin davam etməsi və ya distant təhsilə keçid barədə qərar 19 oktyabrda qəbul ediləcək.

Təhsil naziri Arayik Arutyunyan tələbələr arasındakı hərəkəti və ünsiyyəti mümkün qədər məhdudlaşdıracaq bir formanın seçiləcəyini istisna etməyib.

Son xəbərlər