Türkiyədə dərslər 31 maya qədər başlamayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq təhsil müəssisələrində dərslərin 31 maya qədər başlamayacağını və evdən onlayn dərslərin davam edəcəyini açıqlayıb.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, bu müddətdə EBA TV vasitəsilə distant təhsil davam etdiriləcək:
“Ölkəmiz koronavirusla mübarizədədir. Pandemiyanın başladığı vaxtdan bu günə qədər distant təhsilin faydalarını görürük. Ona görə də hazırda bu variant əlimizdəki yeganə seçimdir. Bütün şagirdlərdən və valideynlərdən xahişimiz budur ki, bu günlərdə təhsilə xüsusilə diqqət ayırsınlar”.
Nazir qeyd edib ki, imtahanlarla bağlı şagirdlərə güzəştlər ediləcək, proqramlarda gerilmənin aradan qaldırılmasını üçün müvafiq addımlar atılacaq.
Oxşar xəbərlər
Avropa ölkələri koronavirusla bağlı qadağaları ləğv etməyə başladı
Dünyada koronavirusla mübarizə davam edir. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bir çox ölkələrdə koronavirusa görə tətbiq edilən karantin rejimi...