Ermənistanda hakim partiyadan çıxarılan şəxsin evi atəşə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının sıralarından xaric edilən şəxsin evi atəşə tutulub.
Hadisə ötən gecə Kotay vilayətində baş verib.
Gecə saat 00.30 radələrində vilayətin Polis İdarəsinə Kasax kəndində evin atəşə tutulması barədə məlumat daxil olub.
Hadisə yerində 20 güllə gilizi aşkarlanıb. Evin qapısı və divarları atəşə tutulub. Məlum olub ki, ev bir müddət əvvəl Vətəndaş Müqaviləsi Partiyasının üzvlüyündən çıxarılan Tatul Asilyna məxsusdur.
Hadisə zamanı Tatul Asilyan ailə üzvləri ilə evdə olsa da, xəsarət alan olmayıb.
Qeyd edək ki, Vətəndaş Müqaviləsi Partiyasının sədri Baş nazir Nikol Paşinyandır.//APA
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...