Ermənistanda Ekologiya Nazirliyinin avtomobili qəsdən dərəyə atılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Təbiəti Mühafizə Nazirliyinin avtomobili qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxslər tərəfindən qəsdən dərəyə atılıb.
“Report” xəbər verir ki, bu barədə polisin saytı məlumat yayıb.
Qeyd olunur ki, bir gün əvvəl saat 17:00-da Meşə Təsərrüfatı Komitəsinin əməkdaşı Tavuş (əvvəlki tarixi adı Barama-red) vilayətinin Operativ İdarəetmə Mərkəzinə zəng edərək təcili olaraq İcevan-Vazaşen kəsişməsinə patrulçuların göndərilməsini xahiş edib.
Əraziyə gələn operativ qrup müəyyən edib ki, Meşə Təsərrüfatı Komitəsinin əməkdaşı odunla yüklənmiş “Qaz-66” və “UAZ” markalı avtomobilləri saxlamağa cəhd edib, lakin sonuncular Təbiəti Mühafizə Nazirliyinə məxsus “Nissan Patrol” markalı avtomobili qəsdən vuraraq onu dərəyə itələyib. “Qaz-66” və UAZ sonra ərazidən uzaqlaşıb.
Polis hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib. Onlar saxlanılaraq İcevan polis bölməsinə aparılıb. Saxlanılanlar cinayət əməllərini, habelə meşədəki ağacları qanunsuz kəsdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Kişi arvadını sevgilisi ilə tutdu, odunla öldürüb basdırdı
Türkiyənin Afyonkarahisar şəhərində ər arvadının məşuqəsini öldürərək yaşayış olmayan ərazidə basdırıb. BAKU.WS xəbər verir ki, ötən gün gecə saatlarında Anıtk...