Kişi arvadını sevgilisi ilə tutdu, odunla öldürüb basdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Afyonkarahisar şəhərində ər arvadının məşuqəsini öldürərək yaşayış olmayan ərazidə basdırıb.
BAKU.WS xəbər verir ki, ötən gün gecə saatlarında Anıtkaya kəndi ərazisində Ali Aydın adlı şəxsə aid avtomobil anidən alışaraq yanıb.
Bundan sonra polis əməkdaşları oktyabrın 16-dan etibarən ailəsinin Alidən heç bir xəbər almadığı öyrənib.
Aparılan araşdırmalar zamanı Alinin sonuncu dəfə kəndlisi M.D adlı qadının evində görüldüyü məlum olub.
İstintaq prosesi zamanı məlum olub ki, Ali ilə M.D eşq yaşayırmış. Bir gün M.D-nin əri R.D evə gələndə onu Ali ilə görürür və arvadının məşuqəsini odunla vurur. Ali yerindəcə keçinir. Ər arvadı ilə birləşərək həyatını itirən Alini yaşayış olmayan bir əraziyə apararaq orada basdırıb. Onlar izi itirmək üçün isə ötən gün onun maşınına od vurublar.
R.D törətdiyi cinayət əməlinə görə saxlanılaraq həbs edilib.
Oxşar xəbərlər
Evliliyi xəyanət üzərində qurulan MƏŞHURLAR - FOTO
Hollivud ulduzları canlandırdığı obrazlarla yanaşı yaşadığı sevgi münasibətləri ilə də daim diqqət mərkəzində olublar. Onlardan bəzilərinin çox danışılan eşq he...