Ermənistanda dalbadal iki zəlzələ olub

Ermənistanda dalbadal iki zəlzələ olub
Siyasət 434
Sentyabrın 10-da axşam saatlarında Ermənistan ərazisində ard-arda iki zəlzələ qeydə alınıb.BAKU.WS xəbər verir ki, yeraltı təkanlar Gürcüstanın paytaxtı Tbilisidə də hiss olunub.Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumatda deyilir ki, birinci zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.

Oxşar xəbərlər

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib.BAKU.WS Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər ve...

623 Hadisə 09:12 24 avqust 2019

Son xəbərlər