Ermənistanda baş qərargah rəisinin müavini istefa verəcək - KİV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan vəzifədən getmək niyyətindədir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, daha əvvəl o, baş qərargah rəisi Onik Qasparyanla birgə istefa verməyi düşünmüş, lakin hökumətin təkidi ilə bu addımı təxirə salmışdı.
“Müxtəlif qurumlardakı istefaların başlıca səbəbi Azərbaycanla sərhəd məsələsinə və münasibətlərə dair baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışı, bəyanatlarıdır”, – “Joğovurd” qəzeti yazır.
Həmçinin Xarici İşlər, Müdafiə nazirliklərində, Milli Təhlükəsizlik Xidmətində yeni istefaların gözlənildiyi bildirilir.
Oxşar xəbərlər
Paşinyan Putindən kömək istəyib - İrəvanda mövcud vəziyyət - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, telefon danışığı Ermənis...