Paşinyan onu devirmək istəyən Baş Qərargah rəisini işdən çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nikol Paşinyandan tələb edib ki, istefa versin. Bundan sonra Paşinyan onun istefa tələbini hərbi çevriliş cəhdi kimi qiymətləndirib.
BAş nazir Paşinyan həmçinin ictimaiyyətə müraciət də edib: “Bütün tərəfdarlarımı "Respublika" meydanına dəvət edirəm. Yaxın vaxtlarda xalqa canlı olaraq müraciət edəcəyəm”.
Oxşar xəbərlər
Paşinyanı ələ salan erməni general vəzifəsindən qovuldu - VİDEO
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən azad e...
