Ermənistan və İran XİN rəhbərləri regional prosesləri müzakirə edib
Avqustun 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkiyanın nümayəndə heyətinin tərkibində İrəvana gələn iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mirzoyan və Əraqçi iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı kontekstində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görüləcək işləri müzakirə ediblər.
Rəhbərlik səviyyəsində müzakirələri davam etdirən XİN başçıları regional kommunikasiyaların blokdan çıxarılması ilə açılan imkanlara və bu məsələdə əldə olunan qarşılıqlı anlaşmaya ("Tramp marşrutu"nu nəzərdə tutulur – red.) da toxunublar.
Oxşar xəbərlər
Vardanyanın məhkəməsi zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...