Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək.
BAKU.WS Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”, - məlumatda qeyd olunub.
Bildirilib ki, təlimlərin əsas məqsədi sülhməramlı missiyaların döyüş hazırlığının gücləndirilməsi, ön xətt əməliyyatlarının taktiki idarəolunması üzrə təcrübə mübadiləsi, habelə ordu birləşmələrinin döyüş hazırlığının yüksəldilməsindən ibarətdir.
Oxşar xəbərlər
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək. "Report" xəbər veri...