Belarus və Rusiya birgə təlimlər keçirəcək
Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib”, - məlumatda bildirib.
Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.
Manevrlər mayın 27-dən 31-dək baş tutacaq.
Oxşar xəbərlər
Niderland özünün “Patriot” HHM sistemini Litvada yerləşdirəcək
Niderland təlimlər çərçivəsində özünün “Patriot” hava hücumundan müdafiə (HHM) sistemini Litvada quraşdıracaq. “Report” xəbər verir ki, bu barədə Litva Müdafiə...