Ermənistan prezidenti türkiyəli deputatı qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Türkiyə parlamentinin erməni deputatı Haro Paylanı qəbul edib.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Vaaqn Xaçaturyan Haro Paylanın İrəvana səfərini alqışlayıb.
Söhbət zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, iki ölkə arasında sərhədlərin açılması imkanları və perspektivləri ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.
Qarabağ probleminin həlli, regionda sabit və uzunmüddətli sülhün bərqərar olması və ümumerməni gündəliyi məsələlərinə toxunulub.
Haro Paylan bu problemlərin həllinə imkan daxilində töhfə verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, H.Paylan Türkiyə parlameninə kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilib.
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...