Ermənistan Paşinyan-Əliyev görüşünün bütün variantlarını müzakirə edir
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün bütün variantlarını müzakirə edir”.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Azərbaycan Prezidentinin görüşün ləğvi ilə bağlı bəyanatından sonra müəyyən problemlər yaranıb, lakin Ermənistan bunun mümkünlüyünü nəzərdən keçirməkdə davam edir”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
Qriqoryan görüşün Sankt-Peterburq, Brüssel və ya başqa yerdə baş tuta biləcəyini də əlavə edib.
Mənbə: Aysor.am
Oxşar xəbərlər
Ermənistanın öhdəliklərindən imtina cəhdi və Azərbaycanın sərt cavabı - ŞƏRH
Azərbaycanın Müdafiə Nazirliyi son dövrlər demək olar ki, hər gün Ermənistanla dövlət sərhədində atəşkəsin pozulması ilə bağlı məlumat yayırdı. BAKU.WS Trend-ə...