Ermənistan ordusunun polkovniki məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçi məhv edilib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.
Oxşar xəbərlər
Düşmənin hücum cəhdlərinin qarşısı alınıb, xeyli canlı qüvvəsi məhv edilib - VİDEO
Oktyabrın 10-dan 11-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit olub. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib. Humanitar atəşkəs rejiminə ə...