Ermənistan Müdafiə Nazirliyi etiraf etdi

Ermənistan Müdafiə Nazirliyi məğlubiyyətləri etiraf etmək üçün erməni cəmiyyətində zəmin yaradır və erməniləri bu xəbərlərə hazırlayır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ictimaiyyətə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var:
"Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib. 12 dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”.
Onun sözlərinə görə, Azərbaycan fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə edir:
“Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük".
Oxşar xəbərlər
5 minə yaxın erməni zabit və əsgərdən xəbər yoxdur - FOTO
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlar bu ölkəyə baha başa gəlib. Əvvəlcə ərazi və canlı qüvvə itkilərini giz...