Ermənistan MN altı erməni terrorçunun zərərsizləşdirildiyini təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfdə təxribat törətməyə cəhd edən 6 erməni diversantının saxlanılmasını təsdiqləyib.
BAKU.WS “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatda mayın 27-si səhər saatlarında sərhədyanı bölgədə erməni hərbçilərin guya “mühəndis işləri” apardıqları bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda isə qeyd edilib ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən altı erməni terrorçusu ələ keçirilib.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...