Ermənistan Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir - XİN
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.
BAKU.WS xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in martın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bəyanatına dair şərhində öz əksini tapıb.
"Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir", - deyə qeyd edib.
Oxşar xəbərlər
XİN: Ermənistan silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd...