Ermənistan KİV: "Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”

“Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Bildirilib ki, o, dünən hökumətin iclasında Laçın dəhlizinin birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib: “Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir”.
Nəşrin yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar.
Qəzetdə, həmçinin vurğulanıb ki, Paşinyan artıq siyasətlə məşğul olsa da, hələ də jurnalistlik fəaliyyətindən əl çəkməyib və mötəbər mənbələrdən məlumat alır.
Xatırladaq ki, Ermənistan hökumət başçısı dünən, avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.
Oxşar xəbərlər
Ararat Mirzoyana Moskva şapalağı - ANALİTİK ŞƏRH - FOTO
Cənubi Qafqaz regionunda vəziyyət hər dəfə qaynama nöqtəsinə çatanda hamımıza artıq tanış olan telefon alqoritmini müşahidə etməli oluruq: Ermənistanın baş nazi...
