Ermənistan iki yol ayrıcındadır - Politoloqdan mühüm AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidəki görüşü başa çatdı. Nazirlər siyasi və iqtisadi münasibətlərdən, o cümlədən fərqli münaqişələrdən tutmuş peyvəndin birgə istehsalına qədər müxtəlif mövzuları müzakirə etdilər. Bizi maraqlandıran nazirlərin Dağlıq Qarabağla bağlı ortaq əməkdaşlıqla bağlı düşüncələridir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ağdamda ortaq monitorinq mərkəzi çərçivəsində iki ölkənin hərbçiləri əməkdaşlığa başlayacaqlar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ortaq monitorinq mərkəzinin faydalı olacağını bildirməklə yanaşı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bakıda birgə mətbuat konfransında səsləndirdikləri fikri xatırlatdı:
“Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik".
BAKU.WS-in məlumatına görə, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, top Ermənistanın meydanındadır: "Ermənistan hakimiyyəti və cəmiyyəti ikisindən birini seçməlidir: ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirməli və bu zaman növbəti ağır məğlubiyyətlərlə üzləşməli, ya da sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edərək, barış və inkişafa üstünlük verərək regional əməkdaşlıqdan faydalanmalıdır.
Ermənilərin hələ ki, ikinciyə üstünlük verdiyini müşahidə etmirik, onların nəyə üstünlük verəcəklərini gələn il parlament seçkisindən sonra yeni və ya yerində qalacaq hökumətin siyasətində görəcəyik.
Rusiya və Türkiyə müttəfiq deyillər, bu iki dövləti strateji tərəfdaş adlandırmaq da çətindir, sadəcə tərəfdaşdırlar. Əsas odur ki, bu iki ölkənin Suriya, Liviya və Dağlıq Qarabağ məsələsində yanaşmalarında fərqləri olsa da, daima dialoq içindədirlər və ortaq nöqtələr axtarmağa çalışırlar. Bu sıraya iki ölkənin birgə layihələrini də əlavə etmək lazımdır.
Türkiyə ilə Rusiyanı Qərbin hər ikisinə qarşı sanksiyalar da yaxınlaşdırır. Bu yaxınlaşmadan Azərbaycan faydalanmalıdır. Türkiyəli hərbçilərin Dağlıq Qarabağa gəlişlərini həm də ona görə sürətləndirmək lazımdır ki, rusiyalı hərbçilər qarşılarında güc görsünlər və həmin güclə münaqişədən çəkinsinlər".
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...