Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var

Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var
Siyasət 2

Ermənistanın Geğarkunik rayonunda hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armeniya”ya təsdiqləyib.

Qeyd olunub ki, hərbi qulluqçular yüngül xəsarətlər alıblar və onların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.

Son xəbərlər