Ermənistan hökuməti aparatına yeni rəhbər təyin edilib

18
yan
2021
22:18
Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyan hökumət aparatının rəhbəri təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
O, bu vəzifədə Eduard Ağacanyanı əvəzləyib. Ağacanyan 2018-ci il mayın 10-dan bu vəzifədə işləyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla fikir ayrılığına görə bu vəzifədən istefa verib. Arsen Torosyan isə 2008-ci il mayın 12-dən səhiyyə naziri işləyib.
Oxşar xəbərlər
Gürcüstan hökuməti istefa verib
Baş nazir Giorgi Qaxarianın rəhbərlik etdiyi Gürcüstan hökuməti istefa verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri A...
