Ermənistan Müdafiə Nazirliyi: “Hərbçilər arasında ölənlər və yaralılar var”

13
sen
2022
08:10
“Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var”
BAKU.WS xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan keçirdiyi brifinqdə deyib.
O əlavə edib ki, hazırda ölən və yaralanan hərbçilərlə bağlı dəqiqləşmə işləri aparılır.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Oxşar xəbərlər
Ermənistan Səhiyyə Nazirliyi dinc əhali arasında itkilər barədə məlumat almayıb
Ermənistan Səhiyyə Nazirliyində Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində mülki əhali arasında itkilərin olması barədə məlumat yoxdur. BAKU.WS "Re...
