Ermənistan girovların dəyişdirilməsindən yenə boyun qaçırır

Ermənistan girovların dəyişdirilməsindən yenə boyun qaçırır
Siyasət 81

Ermənistan tərəfi Azərbaycanın əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinə əməl etməkdən yenidən boyun qaçırıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələni şərh edərkən məlum olub.

O, əvvəlki kimi yenə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəsdən adam öldürmələrini bəhanə gətirərək onların azad olunmasından imtina etdiklərini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yerevanın girov saxladığı azərbaycanlıların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə rəsmi Bakının hazır olduğunu bildirib.

Son xəbərlər