Ermənistan döyüşlərdə 10 minə yaxın hərbçinin yaralandığını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı ölən erməni əsgərlərinin təsbit edilmiş cəsədlərinin sayı 3389 nəfər təşkil edir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın hərbi prokuroru Vahe Harutyunyan baş prokurorun rəhbərliyi ilə keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı yaralanan erməni hərbçilərin sayı isə 9094 nəfər təşkil edib.
Harutyunyan həmçinin qeyd edib ki, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrində və digər qoşunlarda 3016 cinayət qeydə alınıb ki, bu da keçən ilə nisbətən üç dəfə çoxdur (929).
Qeyd edək ki, erməni ictimaiyyəti açıqlanan rəqəmlərin doğruluğuna inanmır. Onlar itki sayının rəsmi rəqəmlərdən 2 dəfə çox olduğunu bildirirlər.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...