Ermənistan Azərbaycanla yeni müharibəyə necə hazırlaşır? - FAKTLAR

Ermənistan intensiv şəkildə Azərbaycanla yeni müharibəyə hazırlaşır. Müharibə hətta apreldə qonşu ölkədə ehtiyatda olan hərbçilərin çağırışından sonra bir neçə həftə ərzində başlaya bilər.
Bu barədə "Caliber"in analitik "YouTube" kanalındakı yeni videosunda bəhs olunur.
Bildirilir ki, Ermənistanın genişmiqyaslı münaqişəyə fəal hazırlığını ordularının sistemli şəkildə yenidən silahlanması ilə də görmək olar.
"Silah tədarükü və ordunun modernləşdirilməsi birbaşa dövlətin hərbi strategiyasını əks etdirir. Əgər hər hansı bir ölkə xüsusən hücum sistemlərinə üstünlük verərək, öz arsenalını fəal şəkildə artırırsa, bu, təkcə onun müdafiə qabiliyyətinin gücləndirilməsindən deyil, həm də gələcək hərbi əməliyyatlara hazırlığından xəbər verir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son məlumatları göstərir ki, Ermənistan son illərdə, xüsusən də 44 günlük müharibədə məğlub olduqdan sonra silah alışını əhəmiyyətli dərəcədə artıraraq diqqətini ənənəvi hərbi-texniki tərəfdaşı olan Rusiyadan Fransa və Hindistan kimi yeni təchizatçılara yönəldib", - materialda qeyd olunub.
Daha ətraflı videosüjetdə:

Oxşar xəbərlər
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşki...