Ermənilərin Şuşa ilə bağlı daha bir yalanı ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın tarixi şəhəri olan Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı ermənilərin məşhur boksçusu Nşan Munçyanın qardaşı da zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Bir neçə gün əvvəl böyük qardaşım 1951-ci il təvəllüdlü Aşot Arakeloviç Munçyan azərbaycanlılar tərəfindən Şuşadakı evində öldürülüb. Dəfn mərasimi dünən Yerablurda baş tutub", - deyə Nşan Munçyan bildirib.
Qeyd edək ki, bu günə kimi dəfələrlə yalanlar uyduran və ictimaiyyətə dezinformasiyalar verən ermənilərin budəfəki yalanı elə özləri tərəfindən üzə çıxıb. Belə ki, məşhur erməni boksçunun qardaşının Yerablurda dəfn edildiyini bildirməsi onun hərbçi olduğunu təsdiqləyir. Çünki həmin qəbiristanlıqda erməni hərbçilər dəfn olunduğu üçün Aşot Munçyanın da sadə vətəndaş olmadığı üzə çıxır.
Oxşar xəbərlər
Siyasi partiyalar İlham Əliyevə təbrik məktubu göndərib
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayı...