Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar

Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar
Siyasət 4568
Erməni tərəfi Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində yaralıları ilə bağlı yeni açıqlama verib.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumat verib. O, hərbi əməliyyatlar nəticəsində erməni tərəfindən yaralıların sayının 200-ə çatdığını bildirib.

Onun sözlərinə görə, yaralıların bir qismi İrəvana aparılıb. Bəziləri hərbi hospitallarda yerləşdirilib.

Xatırladaq ki, Ermənistan tərəfi 31 hərbçisinin öldüyünü bildirib. Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-ə daxil olan məlumata görə isə, ötən əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.

Son xəbərlər