Ermənilər Tovuzun 3 kəndini atəşə tutur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından etibarən Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ermənilər sutka ərzində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi gecə döyüşləri haqda məlumat yaydı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırma...